Yaponiya Rusiya qazının pulunu rublla ödəməkdən imtina edib

Yaponiya Rusiya qazının pulunu rublla ödəməkdən imtina edib
  29 Mart 2022    Oxunub:882
Yaponiya hökuməti Rusiyadan bu cür tələblər daxil olduqda, şirkətlərindən bu ölkədən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün rublla ödəniş etməməyi xahiş edəcək.
AzVision.az xəbər verir ki, bu barədə TASS Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsunoya istinadən məlumat yayıb. Onun sözlərinə görə, hazırda Yaponiya şirkətlərinin Rusiyadan LNG-nin tədarükü üçün bağladıqları müqavilələrdə rublla ödəniş tələbinin tətbiq edilib-edilmədiyi məlum deyil. Matsuno əlavə edib ki, G7 səviyyəsində olan razılaşmalara uyğun olaraq, hökumət Yaponiya şirkətlərindən belə tələbləri qəbul etməməyi xahiş etmək niyyətindədir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Yaponiya   Qaz  





Xəbər lenti