Burak Yılmaz millidəki karyerasını başa vurdu

Burak Yılmaz millidəki karyerasını başa vurdu
  25 Mart 2022    Oxunub:1007
Türkiyə millisinin və "Lill"in futbolçusu Burak Yılmaz yığmadakı karyerasını başa vurub.
AzVision.az xəbər verir ki, 37 yaşlı hücumçu bu barədə özü açıqlama yayıb. Yılmaz ötən gecə DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliyaya uduzduqları matçdan (1:3) sonra bunları deyib:

"Bu gün son oyunumu keçirdim. Milli karyeramdakı son nöqtəni qoydum. Belə bir matçdan sonra yığma ilə vidalaşmaq istəməzdim. Amma bunun doğru qərar olduğunu düşünürəm".

Qeyd edək ki, Burak Yılmaz 2006-cı ildən Türkiyə millisinin formasını geyinirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti