Futbolçu medalını Ukrayna ordusu üçün hərraca çıxardı

Futbolçu medalını Ukrayna ordusu üçün hərraca çıxardı
  22 Mart 2022    Oxunub:1046
Donetsk “Şaxtyor”unun və Ukrayna millisinin keçmiş futbolçusu, hazırda “Veres” klubunun baş məşqçisi olan Yuri Virt müharibə ilə bağlı diqqət çəkən addım atıb. AzVision.az xəbər verir ki, o ukraynalı əsgərlərə kömək etmək qərarı verib.
47 yaşlı mütəxəssis UEFA kubokunda "Şaxtyor"un qələbəsi üçün aldığı medalı hərraca çıxarıb. Virt qazandığı pulu Ukrayna Silahlı Qüvvələrinə köçürəcək.

Bu barədə Yuri Virt İnstaqramda məlumat verərək deyib ki, hərrac 24 mart saat 22:00-da başa çatacaq. Başlanğıc qiyməti 2000 qriven, minimum təklif artımı isə 1000 qrivendir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti