Rusiya sanksiyaları dəstəkləməyənlərlə 360 milyardlıq ticarət edib

   Rusiya sanksiyaları dəstəkləməyənlərlə    360 milyardlıq ticarət edib
  21 Mart 2022    Oxunub:942
Rusiya Federasiyasının Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləməyən ölkələrlə ticarət dövriyyəsi 2021-ci ildə təxminən 46% təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə FinExpertiza beynəlxalq audit və konsaltinq şəbəkəsinin araşdırmasında deyilir.
Qeyd olunub ki, Rusiyanın 2021-ci ildə Qərbin sanksiyalarını dəstəkləməyən ölkələrlə ticarət dövriyyəsi 359,8 milyard dollar və ya bütün xarici ticarətin təxminən 45,8%-ni təşkil edib: ümumi ixracın 44,2%-i və idxalın 48,6%-i.

Müəlliflər vurğulayır ki, geosiyasi gərginliyin yeni kəskinləşməsindən əvvəl Rusiyanın əsas ticarət tərəfdaşı Avropa İttifaqı (Aİ) olub. Onun Rusiya ticarət dövriyyəsindəki payı 2021-ci ildə 36% (282 milyard dollar) təşkil edir (Rusiya ixracının 38,3%-i və idxalının 32%-i).
Eyni zamanda, Rusiyanın ikinci ən böyük tərəfdaşı Çindir. Onun payı 17,9% (140,7 milyard dollar) - bütün ixracın 13,8%-i, idxalın 24,8%-i təşkil edir.

Üçüncü yeri MDB ölkələri tutur. “Rusiyanın keçmiş sovet bloku ölkələri ilə ümumi ticarət dövriyyəsindəki payı 12,2% (96 milyard dollar) təşkil edir: ixracın 13,1%-i və idxalın 10,7%-i.
Tədqiqat müəllifləri vurğulayırlar ki, Rusiya ticarət dövriyyəsinin yarıdan çoxunun tarixən sanksiyaları dəstəkləyən ölkələrin payına düşməsinə baxmayaraq, son illərdə bu pay tədricən azalır.

AzVision.az




Teqlər: Rusiya   iqtisadi  





Xəbər lenti