Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
  21 Mart 2022    Oxunub:1058
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5 % artaraq 1 milyard 404,2 milyon manat olub.
AzVision.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 055,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 %-ini təşkil edib.

Bu ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 139,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 18,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

AzVision.az



Teqlər: DSK  





Xəbər lenti