Daha bir boksçumuz Avropa çempionatının yarımfinalına çıxdı
Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq) və Cəlal Qurbanovun (63,5) ardınca Nəbi İsgəndərov (67 kq) da çıxışını qələbə ilə bitirib. Əvvəlki mərhələlərdə Luka Nikabadze (Gürcüstan) və Alen Ahmetoviçi (Xorvatiya) məğlub edən boksçumuz Hüqo Qraudan (Fransa) da güclü olub. İsgəndərov görüşü vaxtından əvvəl hesabına yazaraq, tam üstünlüklə qalib gəlib.
Bununla da özü üçün artıq bürünc medalı təmin edən Nəbi sabah keçiriləcək yarımfinalda Danimarkanı təmsil edən Nikolay Tərtəryanla üz-üzə gələcək.
Digər boksçumuz Maqsud Xasmetov (57 kq) isə Taha Akkoyunla (Türkiyə) qarşılaşıb və rəqib mərhələ adlayıb.
AzVision.az
Teqlər: Boks Avropa-çempionatı