Boks millimiz Avropa çempionatında ikinci medalı qazandı

Boks millimiz    Avropa çempionatında    ikinci medalı qazandı
  19 Mart 2022    Oxunub:900
Azərbaycan yığmasının daha bir idmançısı Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinala yüksəlib.
AzVision.az xəbər verir ki, bu uğura milli üzvü Cəlal Qurbanov (63,5 kq) imza atıb.

Yere Niemelainen (Finlandiya) və Nik Nikolovu (Sloveniya) mübarizədən kənarlaşdıran boksçu 1/4 finalda İqor Kovtundan (Ukrayna) da güclü olub. O, rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək, üçüncü döyüşündən də qalib ayrılıb. Bununla da Qurbanov özü üçün ən azı bürünc medalı təmin edib.

O, yarımfinalda ermənistanlı Artur Şahbazyanla üz-üzə gələcək. Bu qarşılaşma martın 20-də baş tutacaq.

Qeyd edək ki, Cəlal Qurbanovdan öncə Nicat Hüseynov (51 kq) da Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. 1/4 final mərhələsinin axşam seansında Azərbaycanın daha 3 təmsilçisi rinqə çıxacaq.

AzVision.az



Teqlər: Boks   Medal  





Xəbər lenti