Azərbaycanın müsbət ticarət saldosu kəskin artıb

Azərbaycanın müsbət ticarət saldosu kəskin artıb
  17 Mart 2022    Oxunub:884
Azərbaycanın xarici ticarət əlaqələrində ötən il əldə edilmiş müsbət dinamika bu ilin ilk iki ayında da davam edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb. Belə ki, bu ilin ilk iki ayında xarici ticarət dövriyyəsi 80,4% artaraq 7,94 mlrd. ABŞ dolları, ixrac isə 2,1 dəfə artaraq 5,97 mlrd. dollar təşkil edib.

Nazir qeyd edib ki, ölkənin idxalı isə 22,3% artaraq 1,97 mlrd. dollara bərabər olub və nəticədə xarici ticarət saldosu 3,4 dəfə artaraq 4 mlrd. dollara çatıb.

AzVision.az


Teqlər: Saldo  





Xəbər lenti