1 300-dən çox həyət evi ilkin qeydiyyata alınıb

1 300-dən çox həyət evi ilkin qeydiyyata alınıb
  17 Mart 2022    Oxunub:896
Bu ilin fevral ayı ərzində 1 302 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb.
Bu barədə AzVision.az -a İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 5,1% artıb.

Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən lin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 3,6 dəfə artaraq 4 612 olub.

Ötən ay ölkədə 26 194 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb ki, bunun 7 587-i (17.02 %-i) ilkin, 18 607-i (82.98 %-i) isə təkrar qeydiyyatın payına düşüb.

AzVision.az




Teqlər: Həyət-Evi  





Xəbər lenti