Azərbaycan nefti 105 dollara satılır

Azərbaycan nefti 105 dollara satılır
  16 Mart 2022    Oxunub:755
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
AzVision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,14 dollar artaraq 101,05 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,55 dollar bahalaşaraq 96,99 dollar olub.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,74 dollar azalaraq 105,62 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti