"Yeni stansiya ilə 200 min tullantının qarşısı alınacaq"

   "Yeni stansiya ilə 200 min tullantının qarşısı alınacaq"
  15 Mart 2022    Oxunub:1106
""Qaradağ" Günəş Elektrik Stansiyası il yarım ərzində inşa olunmalıdır və fəaliyyətə başlayandan sonra enerji balansına müsbət təsir edəcək".
AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov mətbuat konfransında deyib. Onun sözlərinə görə, stansiya inşa olunandan sonra 110 milyon kub metr qaza qənaət ediləcək:

"Eyni zamanda 200 min ton CeO2 tullantısının qarşısını alacağıq. Bu stansiyanın inşası ilə ölkədə bərpa olunan mənbələrindən alınan enerjinin ümumilikdə həcmi 3 milyard kVt/ saata çatacaq ki, bu da bərpa olunan enerji mənbələrinin inkişafında müsbət rol oynayacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti