Xərçəngi hörümçəklər sağaldacaq - YENİ TAPINTI

Xərçəngi hörümçəklər sağaldacaq - YENİ TAPINTI
  12 Aprel 2014    Oxunub:1966
Hörümçək zəhəri xərçəngdən xilas edə bilər
Hörümçəklər sağalmaz xərçəng xəstəliyini müalicə edə bilərlər. Tədqiqatçılar əmindirlər ki, hörümçəyin zəhəri süd vəzi xərçənginə qarşı effektiv kimyaterapiyanı qabaqlaya bilər.

Ceyms Kuk Universitetinin professoru Norel Deylinin sözlərinə görə, onlar artıq tarantul və sidney hörümçəyinin zəhərini test etmək üçün Avstraliyanın Milli Süd Vəzi Xərçəngi Fondundan 2 mln dollar dəyərində qrant alıblar. Hazırda araşdırmalar davam edir.

İlkin olaraq yüzlərlə zəhər molekulu laboratoriya şəraitində xərçəng hüceyrələri ilə eyni mühitə salınacaq və onların qarşılıqlı reaksiyası öyrəniləcək. Professor ümid edir ki, zəhərin mürəkkəb quruluşlu molekulu nəinki xərçəngin yayılmasını ləngidəcək, hətta onu tamamilə məhv edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti