Rusiya və Belarus bu yarışdan da uzaqlaşdırıldı

   Rusiya və Belarus bu yarışdan da uzaqlaşdırıldı
  13 Mart 2022    Oxunub:1280
Rusiya və Belarus Universiada-2022 yarışmasından xaric edilib.
AzVision.az xəbər verir ki, bu haqda Beynəlxalq Tələbə İdmanı Federasiyası (FİSU) məlumat yayıb. Qurum adları çəkilən ölkələrin ən azı bu ilin sonuna kimi öz bayraqları altındakı bütün yarışlardan uzaqlaşdırıldığı bildirib.

Tələbələr arasında 2022-ci ildə Rusiya və Belarusda planlaşdırılan dünya çempionatlatı da təxirə salınıb.

Bu qərarın verilməsinə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb olub.

Qeyd edək ki, indiyədək bir çox idman qurumu Rusiya və Belarusa sanksiyalar tətbiq edib.

AzVision.az


Teqlər:





Xəbər lenti