“Hanı NATO? Hanı Avropa Birliyi?” – Qvardioladan sərt açıqlama
Qvardiolanın sözlərinə görə, Ukrayna xalqı ona qarşı törədilənləri heç vaxt unutmayacaq: “Özünüzü vətəninizdə təsəvvür edin, yad bir nəfər evinizə gəlir, ora soxulur, ailənizi və dostlarınızı öldürür. Bundan sonra sən hər şeyini itirirsən və başqa ölkəyə qaçmaq məcburiyyətində qalırsan. Bu, sizin, mənim günahım ucbatından olmayıb”.
Qvardiola Ukraynaya lazımi dəstək vermədiyi üçün dünya güclərini də ittiham edib: “Hanı NATO? Hanı ABŞ? Hanı Avropa Birliyi? Sülh tapmaq artıq gecdir. Bütün bunlar siyasi təşkilatların yarıtmazlığına görədir. Belə təəssürat vardı ki, həmin təşkilatlar insanların yaxşı yaşaması üçün idi. Amma elə deyilmiş. Biz işləyərək vergi ödəyirik. Onlar bu hadisələrin baş verməməsinə görə narahat olmalıdırlar. Amma hamısı uğursuzdurlar”.
AzVision.az
Teqlər: