Levandovski Rusiyaya görə "Huawei" ilə əməkdaşlığı dayandırdı

   Levandovski Rusiyaya görə    "Huawei" ilə əməkdaşlığı dayandırdı
  08 Mart 2022    Oxunub:1159
"Bavariya"nın futbolçusu Robert Levandovski "Huawei" şirkəti ilə əməkdaşlığını dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə "Fakt" məlumat yayıb.

34 yaşlı hücumçunun belə qərara gəlməsinə səbəb mediada sözügedən şirkətin Rusiyada layihə həyata keçirdiyi haqqında xəbərlərin olmasıdır. "Huawei" bu məlumatları təkzib etsə də, Levandovski qərarından daşınmayıb. O, şirkətlə müqaviləsini ləğv edib.

Qeyd edək ki, fevralın 24-də Rusiya və Ukrayna arasında müharibə başlayıb. Levandovski isə Ukraynaya dəstəyini nümayiş etdirmək üçün meydana Ukrayna bayrağının rəngləri olan kapitanlıq sarğısı ilə çıxıb.

AzVision.az


Teqlər:





Xəbər lenti