Avropa çempionatı: İki güləşçimiz finalda

   Avropa çempionatı:    İki güləşçimiz finalda
  07 Mart 2022    Oxunub:1002
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb.
AzVision.az -ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 4 yunan-Roma güləşçisindən 2-si finala yüksəlib.

Mübarizəyə 1/4 finaldan qoşulan Ziya Babaşov (63 kq) israilli Abere Feteneyə 9:2, ardından bolqarıstanlı İlya Mustakova 6:1 hesabı ilə qalib gəlib.

Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqarıstanlı Martin Dimitrovu tam üstünlüklə (9:0), 1/4 finalda macarıstanlı Kriştofer Klanyini 7:0, yarımfinalda serbiyalı Aleksa İliçi 5:1 hesabı ilə yenib.

Həm Babaşov, həm də Həsənli martın 8-də keçiriləcək həlledici görüşdə gürcüstanlı Giorgi Şotadze və Davit Soloqaşvili ilə mübarizə aparacaq.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində danimarkalı Turpal-Ali Bisultanovla bacarmayıb - 2:10. Lakin rəqib finaladək irəlilədiyi üçün Vəliyev martın 8-də türkiyəli Muhitdin Sarıçiçeklə təsəlliverici görüşə çıxacaq.

Sərxan Məmmədov (130 kq) da mübarizəyə 1/4 finaldan qoşulub. O, çexiyalı Marsel Albinini 13:5 hesabı ilə yenərək, yarımfinala vəsiqə əldə edib. Məmmədov finala gedən yolda türkiyəli Fatih Bozkurta uduzub - 6:13. O, martın 8-də yunanıstanlı Nikolaos Ntuniasla üçüncü yer üçün güləşəcək.

AzVision.az


Teqlər: Güləş  





Xəbər lenti