"Bizi sağ buraxın və atəşi dayandırın" - Ukraynanın sabiq futbolçusu

   "Bizi sağ buraxın və atəşi dayandırın" -     Ukraynanın sabiq futbolçusu
  03 Mart 2022    Oxunub:1156
Ötən il karyerasını başa vuran "Dinamo"nun və Ukrayna millisinin sabiq futbolçusu Artem Milevski ölkəsindəki vəziyyətlə bağlı fikirlərini bölüşüb.
xəbər verir ki, o, sığınacaqdan gözyaşları içində bu gün paylaşdığı videomüraciətdə müharibənin tezliklə bitməsini istədiyini deyib: "Mən hamı kimi özümü xilas etməyə çalışıram. Biz sadəcə sülh istəyirik. Mən Rusiyada, Ukraynada, Belarusda oynamışam. Sadəcə sülh! Xahiş edirəm, bizi sağ buraxın və atəşi dayandırın.

Müharibə artıq o qədər uzanıb ki, hansı sözləri seçəcəyinizi bilmirsiniz. Ümid edirəm ki, hər şey həll olunacaq və insanlar öz aralarında razılaşacaqlar. Həqiqətən, biz sadəcə bunkerdəyik, dayanacaqda oturmuşuq, sanki kim olduğumu bilmirəm".



AzVision.az


Teqlər:





Xəbər lenti