Rusiyanın bu klubları da Avropa yarışlarından kənarlaşdırıldı

   Rusiyanın bu klubları da Avropa yarışlarından    kənarlaşdırıldı
  01 Mart 2022    Oxunub:1626
Rusiya daha bir idman növündə bütün yarışlardan məhrum edilib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiyanın MOİK, “Zenit” və UNIKS basketbol klubları Avroliqadan, “Lokomotiv-Kuban” isə avrokubokdan kənarlaşdırılıb. Bildirilib ki, buna Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb olub.

Xatırladaq ki, FİFA və UEFA da Rusiya klublarının və Rusiya milli komandasını növbəti qərara qədər bütün turnirlərdən kənarlaşdırıb. Avropa Həndbol Federasiyası (EHF) və Beynəlxalq Çimərlik Futbolu Təşkilatı da Rusiya və Belarus komanda və klublarının Avropa turnirlərində iştirakını qeyri-müəyyən müddətə dayandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti