Xokkey üzrə Rusiya və Belarusun millisinə qadağa qoyuldu

   Xokkey üzrə Rusiya və Belarusun millisinə qadağa qoyuldu
  28 Fevral 2022    Oxunub:1550
“Rusiya və Belarus yığmalarının Finlandiyada keçiriləcək buzda xokkey üzrə dünya çempionatında iştirakı qeyri-mümkündür”.
AzVision.az xəbər verir ki, bunu Finlandiya Xokkey İttifaqının prezidenti Harri Nummela deyib.

“Biz həftəsonu bu məsələləri fəal müzakirə etdik, həmçinin Beynəlxalq Buzda Xokkey Federasiyasının prezidenti Luk Tardiflə görüşümüz oldu. Finlandiya Xokkey İttifaqının Rusiya və Belarusun beynəlxalq xokkey fəaliyyətlərindən tamamilə kənarlaşdırılmasını tələb etməsi və bu ölkələrin komandalarına qarşı oynamayacağımız barədə danışdıq”, - Nummela bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Xokkey   Rusiya  





Xəbər lenti