Bu ölkələr də Rusiya ilə oyunlardan imtina etdilər

Bu ölkələr də Rusiya ilə oyunlardan imtina etdilər
  28 Fevral 2022    Oxunub:1562
Norveç və Uels milliləri Rusiya yığması ilə oynamaqdan imtina etdiklərini açıqlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə Norveç Futbol İttifaqı və Uels Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Buna səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsi olub.

Daha əvvəl Polşa, İsveç, Çexiya, İngiltərə və Albaniya futbol federasiyaları tərəfindən Rusiya millisinə qarşı keçirilən oyunların boykotuna norveçlilər və uelslilər qoşulub.

Xatırladaq ki, FİFA bundan əvvəl Rusiya komandasının Rusiya Futbol İttifaqının (RFU) komandasının adı altında, bayraqsız və himnsiz oynamasına qərar verib.

AzVision.az


Teqlər:





Xəbər lenti