Oyuna Ukraynanın bayrağı ilə çıxdılar - Premyer Liqa

   Oyuna Ukraynanın bayrağı ilə çıxdılar -    Premyer Liqa
  27 Fevral 2022    Oxunub:1730
İngiltərə Premyer Liqasının 27-co turunun "Everton" - "Mançester Siti" matçında hər iki komanda meydana Ukrayna simvolları ilə çıxıb.
AzVision.az -ın məlumatına görə, onlar Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyiblər.

"Everton" futbolçuları əyinlərinə Ukrayna bayrağı geyiniblər, "Mançester Siti"nin oyunçularının formalarında isə "sarı-göy" bayraq olub. Ukrayna simvolu tribunalardakı bir çox azarkeşdə də olub.

"Everton" və "Mançester Siti"nin ukraynalı futbolçuları Vitali Mikolenko ilə Aleksandr Zinçenço ehtiyat oyunçular skamyasında qalıb. Lakin onlar oyunqabağı məşq zamanı göz yaşlarına hakim ola bilməyərək, qucaqlaşıblar.

Qeyd edək ki, görüş "Mançester Siti"nin qələbəsi ilə yekunlaşıb - 1:0.





AzVision.az


Teqlər:





Xəbər lenti