AzVision.az xəbər verir ki, yarışların başa çatmasına bir gün qalmış Norveç yığmasının medal cədvəlində liderliyi davam edir. Hesabında 15 qızıl, 8 gümüş və 12 bürünc medal olan Norveç komandasının yarışları birinci pillədə başa vuracağı artıq şübhə doğurmur. Belə ki, onun ən yaxın izləyicisi - Almaniya yığması hələlik 11 qızıl, 8 gümüş və 5 bürünc medala sahibdir. Dördüncü yerdə 8 qızıl, 9 gümüş və 7 bürünc medalla ABŞ komandası qərarlaşıb. İlk beşliyi İsveç komandası tamamlayır (8,5,5).
Yarışlarda indiyədək yalnız 29 ölkə medal qazana bilib.
Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Onlar idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar.
Olimpiada sabah yekunlaşacaq. Oyunların bağlanış mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
AzVision.az