“Marsel” – “Qarabağ” oyununda təhlükəsizlik tədbirləri gücləndiriləcək

“Marsel” – “Qarabağ” oyununda təhlükəsizlik tədbirləri gücləndiriləcək
  14 Fevral 2022    Oxunub:1724
Fransada "Marsel"lə “Qarabağ” arasında keçiriləcək Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda təhlükəsizlik tədbirləri gücləndiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Bildirilir ki, yerli hüquq-mühafizə orqanları təhlükəsizlik tədbirlərinin gücləndirilməsində məqsədin iki komandanın tərəfdarlarının bir-birindən ayrılmasını optimallaşdırmaq, stadionun ətrafını və şəhər mərkəzində ictimai asayişi qorumaq olduğunu dyiblər.

Qeyd edək ki, “Marsel” – “Qarabağ” matçı fevralın 17-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti