Pekin-2022: Azərbaycan idmançısı 18-ci olub

   Pekin-2022:    Azərbaycan idmançısı 18-ci olub
  10 Fevral 2022    Oxunub:1886
Azərbaycanı “Pekin-2022” Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev kişi idmançıların fərdi yarışlarının final mərhələsində (sərbəst proqram) çıxış edib.
AzVision.az xəbər verir ki, təmsilçimiz sərbəst proqramda 2-ci qrupda mübarizə aparıb. Hakimlər onun çıxışını 155.04 xalla qiymətləndirib. V.Litvintsev fevralın 8-də kişi idmançıların qısa proqramında 84,15 xal qazanmışdı. Beləliklə, atletimiz “Pekin-2022”dəki mübarizəsini 239.19 xalla başa çatdırıb. Litvintsev yarışı 18-ci yerdə başa vurub.

Qeyd edək ki, Azərbaycanı “Pekin-2022”də təmsil edən digər idmançı olan fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də mübarizəyə başlayacaq.

AzVision.az



Teqlər: Pekin  





Xəbər lenti