Pekin-2022: Daha 10 nəfərdə koronavirus aşkarlanıb

   Pekin-2022:    Daha 10 nəfərdə koronavirus aşkarlanıb
  06 Fevral 2022    Oxunub:1599
Çin hakimiyyəti Pekin Olimpiadasına gələn insanlar arasında koronavirusa daha 10 yeni yoluxma halı aşkarlayıb.
AzVision.az xəbər verir ki, bu barədə təşkilat komitəsi məlumat yayıb.

Bildirilib ki, fevralın 5-də Çinə 305 nəfər gəlib, onlardan 190-ı idmançı və rəsmi şəxslər, 115-i komanda nümayəndələridir. Hava limanında və Olimpiya kəndinin mehmanxanasında aparılan PCR testləri nəticəsində 10 yeni yoluxma halı aşkarlanıb ki, onlardan da 6-sı idmançı və rəsmi şəxslər, 4-ü isə komanda nümayəndələridir.

Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 20-də başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti