Erməni olimpiyaçılarda virus aşkarlandı

Erməni olimpiyaçılarda virus aşkarlandı
  02 Fevral 2022    Oxunub:1517
Ermənistanı Pekin Olimpiadasında təmsil edəcək idmançılardan birində koronavirus aşkarlanıb. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, ölkəni təmsil edəcək cəmi altı erməni idmançıdan biri Olimpiya Oyunlarına qatılmayacaq.

- Onun koronavirus testi müsbət çıxıb. Dağ xizəkçisi Harutyun Arutyunyan məşqçisi Armen Nersisyanla birlikdə evdə qalacaq,-Xizək Federasiyasının prezidenti Qaqik Sarkisyan jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Sarkisyanın özü də infeksiyaya yoluxub və Çinə getməyəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti