“Mahirin transferi ilə vitse-prezident məşğul olur”

“Mahirin transferi ilə vitse-prezident məşğul olur”
  30 Yanvar 2022    Oxunub:1557
Türkiyənin "Başakşehir" klubunun baş məşqçisi Emre Belözoğlu millimizin üzvü Mahir Emrelinin mümkün transferi ilə bağlı danışıb.
AzVision.az xəbər verir ki, o, "Anadolu" agentliyinə müsahibəsində məsələ ilə klubun vitse-prezidenti Mustafa Eroğütün maraqlandığını deyib:

"Bəli, Mahir Emreli maraqlandığımız futbolçudur. Bildiyimə görə, Polşada xoşagəlməz bir olayla qarşılaşıb. O vəziyətdən çıxmağa çalışır. Onun transfer məsələsi ilə vitse-prezidentimiz Mustafa Eröğüt çalışır. Mənim məsələ ilə bağlı bilgim bu qədərdir".

Xatırladaq ki, Mahir Emreli “Legiya”nın təlim-məşq toplanışına qoşulmayıb. Məlum azarkeş hücumundan sonra Varşava təmsilçisi ilə müqaviləsini pozmaq istəyən 25 yaşlı hücumçunun adı bir sıra başqa klublarla da hallanır.

AzVision.az


Teqlər: MahirEmreli  





Xəbər lenti