Əməkdar məşqçi koronavirusdan dünyasını dəyişib

Əməkdar məşqçi koronavirusdan dünyasını dəyişib
  25 Yanvar 2022    Oxunub:1265
Boks üzrə Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası Mahir Hüseynov koronavirus infeksiyasından dünyasını dəyişib.
AzVision.az "Report"-a istinadən xəbər verir ki, bir müddət koronavirusdan müalicə olunan Mahir Hüseynov yerləşdirildiyi tibb müəssisəsində vəfat edib.

Qeyd edək ki, M.Hüseynov Gəncə boks məktəbinin yaradıcılarından olub. Onun tələbələri dünya, Avropa və Azərbaycan çempionu adlarını qazanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti