Regionlarda su idman növləri üzrə klublar yaradılacaq
Görüşdə federasiyaya daxil olan su idmanı növlərinin inkişafı, qarşıda duran əsas məsələlər, idmançıların yarışlara hazırlığı, regionlarda su idman növlərinin daha da təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunub.
Federasiyasının prezidenti X.Fətiyev görülən işlər barədə nazir müavinini məlumatlandırıb və növbəti illərdə qarşıda duran əsas vəzifələrdən danışıb. O, qeyd edib ki, bu gün nəinki Bakıda, digər regionlarda da gənclərin su idman növlərinə marağını daha da artırmaq məqsədilə xüsusi inkişaf proqramı hazırlanır: "Bu proqram çərçivəsində regiondalarda kütləviliyin təmin olunması məqsədilə xüsusi təbliğat işlərinin aparılması nəzərdə tutulur. Bundan başqa regionlarda su idman növləri üzrə məşqçilərin xüsusi seminarlara və treninqlərə cəlb edilməsi, o cümlədən Azərbaycanın digər şəhər və rayonlarında su hövzələri olan komplekslərlə sıx əməkdaşlıq edilməsi federasiyanın gələcək planları sırasındadır".
E.Həsənov Su İdman Sarayında işlərin yüksək səviyyədə təşkil edildiyini söyləyərək Bakıda su idman növlərinə marağın böyük olduğunu vurğulayıb.
Söhbət çərçivəsində M.Vasileva regionlarda su idman növlərinə marağın daha da artırılması, yerlərdə məşqçilər üçün seminarların təşkili, təbliğat işlərinin aparılmasının gücləndirilməsi təkliflərini yüksək qiymətləndirib. Nazir müavini regionlarda idman komplekslərinin rəhbərləri üçün Bakı Su İdman sarayında xüsusi marketinq seminarlarının keçirilməsini, komplekslərin maddi-texniki baxımdan yüksək səviyyədə saxlanılması üçün yeni ideyaların verilməsi və aşılanmasını məqsədə uyğun sayıb.
Görüş zamanı regionlarda su idman növləri üzrə klubların yaradılması və inkişaf etdirilməsi mövzusu da xüsusi vurğulanıb. Milli komandaların məşqçiləri bildiriblər ki, regionlarda yerli klublar nə qədər çox olarsa, su idman növü üzrə yerli idmançılar arasında seçim etmək və yüksək bacarığa malik idmançılar yetişdirmək bir o qədər asan olar.
Söhbət zamanı federasiyanın fəaliyyətinin daha da inkişaf etdirmək, yerlərdə gənclərin su idman növlərinə maraqlarını artırmaq məqsədilə valideynlər üçün xüsusi açıq qapıların təşkil edilməsi, onların övladlarının sağlamlığı üçün su idman növlərininin vacibliyini müzakirə edilməsi qərara alınıb.
AzVision.az
Teqlər: İdman