Omar Hani İordaniya millisində

Omar Hani İordaniya millisində
  24 Yanvar 2022    Oxunub:1477
Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Qəbələ”nin futbolçusu Omar Hani İordaniya millisinə çağırılıb.
AzVision.az kluba istinadla xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi millinin toplanışına qatılmaq üçün Dubaya yollanıb.

İordaniya klublarında çıxış edən futbolçular yanvarın 21-dən toplanışda olsalar da, legioner həyatı yaşayan oyunçular, o cümlədən O.Hani komandaya sonradan qoşulub.

Asiya kubokunun fevralda baş tutacaq seçmə oyunlarına hazırlıq xarakteri daşıyan toplanış yanvarın 28-dəki yoldaşlıq görüşü ilə yekunlaşacaq. İordaniya millisi həmin gün Əbu-Dabidə Yeni Zelandiya ilə üz-üzə gələcək. Bu matçdan sonra geri qayıdacaq O.Hani ayın 29-da “Qəbələ”nin düşərgəsinə qatılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti