Terim bir daha "Qalatasaray"ın baş məşqçisi olmayacağını açıqlayıb

Terim bir daha "Qalatasaray"ın baş məşqçisi olmayacağını açıqlayıb
  13 Yanvar 2022    Oxunub:375
Fatih Terim bir daha "Qalatasaray"ın baş məşqçisi olmayacaq.
AzVision.az -ın məlumatına görə, bu barədə 69 yaşlı mütəxəssis özünün sosial şəbəkə hesabında paylaşım edib.

İstanbul təmsilçisi ilə vidalaşan Terim "Cim-Bom"la imzaladığı ilk və son müqavilələrin fotolarını yayımlayıb.

O, paylaşımın üzərində "Qalatasaray"dakı ilk imzam və son imzam" sözlərini yazıb.

Qey edək ki, Fatih Terim 1996 - 2000-ci, 2002 - 2004, 2011 - 2013 və 2017 - 2021-ci illərdə "Qalatasaray"a rəhbərlik edib.

AzVision.az

Teqlər:







Xəbər lenti