Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi

Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi
  22 Noyabr 2021    Oxunub:1371
Fransada klublararası güləş çempionatı start götürüb.
AzVision.az xəbər verir ki, ilk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib.

87 kq çəki dərəcəsində mübarizə aparan idmançı 2 görüş keçirib. Əvvəlcə fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanan Abbasov daha sonra erməni güləşçi Edqar Xaçaryanı məğlub edib - 6:3. Onun komandası yekunda 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.

AzVision.az


Teqlər: Güləş  





Xəbər lenti