Güləşçimiz dünya çempionu oldu

   Güləşçimiz dünya çempionu oldu
  06 Noyabr 2021    Oxunub:1091
Azərbaycan güləşçisi Əliabbas Rzazadə dünya çempionu tituluna yiyələnib.

AzVision.az xəbər verir ki, sərbəst güləş üzrə millimizin üzvü Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək idmançıların yarışında qızıl medala yiyələnib.
57 kq çəkidə xalçaya çıxan Rzazadə finalda Bekbolot Mirzənəzər Uulunu (Qırğızıstan) 7:6 hesabı ilə məğlub edib.

Digər güləşçimiz Zirəddin Bayramov (65 kq) isə bürünc medal görüşündə Stilyan İliyevə (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib.

AzVision.az



Teqlər: Güləş   Çempion  





Xəbər lenti