Paris Yay Olimpiya Oyunlarına 1000 gün qaldı

   Paris Yay Olimpiya Oyunlarına 1000 gün qaldı
  30 Oktyabr 2021    Oxunub:1274
2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına 1000 gün qalıb.
AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi rəsmi tviter hesabında paylaşım edib.

Qeyd edək ki, Paris üçüncü dəfə olimpiadaya ev sahibliyi edəcək. Bundan əvvəl 1900 və 1924-cü illərdə Oyunlar Fransada gerçəkləşib.

Paris-2024 Yay Olimpiya Oyunları 26 iyul - 11 avqustda olacaq.

AzVision.az


Teqlər: Fransa   YayOlimpiyaOyunları  





Xəbər lenti