Baş məşqçiyə mənzil verildi

   Baş məşqçiyə mənzil verildi
  29 Oktyabr 2021    Oxunub:1064
Azərbaycan paralimpiya hərəkatının fəallarından biri, cüdo üzrə qadınlardan ibarət paralimpiya komandamızın baş məşqçisi, gözdən əlilliyi olan şəxs Ramin İbrahimov mənzillə təmin edilib.
AzVision.az xəbər verir ki, ona mənzilin sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov təqdim edib.

V.Behbudov Ramin İbrahimovun da paralimpiya nailiyyətlərinin, o cümlədən, Tokioda tarixi uğurların qazanılmasına öz töhfəsini verdiyini bildirib.



AzVision.az


Teqlər: Məşqçi   mənzil  





Xəbər lenti