Taksi sürücüsünü bıçaqla hədələyib pulunu aldı

Taksi sürücüsünü bıçaqla hədələyib pulunu aldı
  28 Oktyabr 2021    Oxunub:966
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Ağayev oktyabrın 27-də saat 2 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində “Nissan” markalı avtomobilinə oturmuş şəxsin onu bıçaqla hədələyib yüz manat məbləğində pulunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini A.Həsənov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti