"Federasiyalara səfərim araşdırma xarakterlidir" - Nazir

   "Federasiyalara səfərim araşdırma xarakterlidir" -   Nazir
  28 Oktyabr 2021    Oxunub:1046
“Mənim federasiyalara səfərim piar xarakterli deyil, görüşlərim araşdırma məqsədi daşıyır".
Bu barədə AzVision.az -a açıqlamasında Gənclər və idman naziri Fərid Qayıbov bildirib. Onun sözlərinə görə, çətinliklərimiz olsa da problemləri araşdırmaq lazımdır:

“Bundan sonra planlama aparmalıdır. Prezident tərəfindən tapşırıqlar verilib, üzərində işləyirik. Federasiyaların işi araşdırılır və nəticələr barədə məlumat veriləcək. Lakin hər şey qəflətən olmur”.

Nazir qeyd edib ki, olimpiya komplekslərinin fəaliyyəti ilə bağlı tədbirlər görüləcək:
“Olimpiya komplekslərin necə idarə olunması barədə müzakirələr aparırıq”.

Nazir əlavə edib ki, kadr islahatlarının da aparılması nəzərdə tutulub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Federasiya  





Xəbər lenti