“Ağ canavar” finala yüksəldi

“Ağ canavar” finala yüksəldi
  20 Oktyabr 2021    Oxunub:954
İtaliyanın kurort şəhəri olan Yezoloda kikboks üzrə böyüklər və veteranlar arasında dünya çempionatı davam edir.
AzVision.az xəbər verir ki, Kick Light (veteranlar) kateqoriyasında yarışan Eduard Məmmədov (-63 kq) bu gün növbəti döyüşünü keçirib.

“Ağ canavar” ləqəbli idmançımızın növbəti rəqibi Avstriya döyüşçüsü Durlaker Roman olub.

Ötən gün italiyalı Sigro Simone Calogeronu məğlub edən Eduard bu dəfə də qələbə qazanaraq finala vəsiqə qazanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti