DÇ-2022-nin püşkatma mərasiminin tarixi açıqlandı

DÇ-2022-nin püşkatma mərasiminin tarixi açıqlandı
  20 Oktyabr 2021    Oxunub:964
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasiminin tarixi məlum olub.
AzVision.az xəbər verir ki, tədbir gələn il aprelin 1-də təşkil olunacaq. Bu barədə ESPN məlumat yayıb.

Qeyd edək ki, yarışın təsnifat mərhələsi bu il noyabr ayında başa çatacaq. Pley-off mərhələsinin matçlarının növbəti il 24-29 mart tarixlərində keçirilməsi planlaşdırılır. Final mərhələsi isə 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti