İtaliya UEFA Millətlər Liqasının bürünc medalını aldı

İtaliya UEFA Millətlər Liqasının bürünc medalını aldı
  10 Oktyabr 2021    Oxunub :440
Bu gün UEFA Millətlər Liqasının “Dördlər finalı”nın bürünc mükafatçısı müəyyənləşib.
Azvision.az xəbər verir ki, İtaliya millisi matçın 46-cı dəqiqəsində hesabı açıb, Nikolo Barella fərqlənib.

Oyunun 65-ci dəqiqəsində baş hakim Belçika seçməsinin qapısına penalti zərbəsi təyin edib və Domeniko Berardi ikinci topu qapıdan keçirib. Qarşılaşmanın başa çatmasına üç dəqiqə (87-ci dəqiqə) qalmış Belçika yığmasında oyuna yenicə daxil olmuş Kevin de Brüynenin ötürməsindən sonra Şarl de Ketelare hesab arasındakı fərqi azaldıb.

Beləliklə, İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşmada italyanlar 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnirin həlledici görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Həmin görüşdə İspaniya və Fransa yığmaları üz-üzə gələcək.

Azvision.az

Teqlər: UEFA   İtaliya  







Xəbər lenti