Çempionlar Turu: Teymurla Şəhriyar üz-üzə gələcək

            Çempionlar Turu:   Teymurla Şəhriyar üz-üzə gələcək
  03 Oktyabr 2021    Oxunub:1318
Oktyabrın 3-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinin 8-ci turunun oyunları keçiriləcək.
Azvision.az xəbər verir ki, 8-ci turda qrossmeysterlərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcək.

Qeyd edək ki, ötən turun nəticələrinə görə Teymur Rəcəbov 21 xalla 3-cü pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov isə 9,5 xalla sonuncu yerdədir. Turnir cədvəlinə Maqnus Karlsen 28,5 xalla liderlik edir.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Azvision.az



Teqlər: TeymurRəcəbov   ŞəhriyarMəmmədyarov  





Xəbər lenti