“Vüqar Həşimov” komandası Fransa yığması üzərində qələbə qazanıb

“Vüqar Həşimov” komandası Fransa yığması üzərində qələbə qazanıb
  22 Sentyabr 2021    Oxunub:820
Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının 5-ci turunun oyunları keçirilib.
Azvision.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu 5-ci turda Fransanın “Asnıeres Le Grand Echiquier” komandası üzərində inamlı qələbə qazanıb.

Şahmatçılarımızdan 5-i (Rauf Məmmədov, Kiril Şevçenko, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Murad İbrahimli) qarşılaşmasını qələbə ilə başa vurub, yalnız 1 heç-heçə (Aydın Süleymanlı) qeydə alınıb.

Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Azvision.az



Teqlər: Şahmat   Qələbə  





Xəbər lenti