“ASAN xidmət”dən vətəndaşlara şad xəbər

“ASAN xidmət”dən vətəndaşlara şad xəbər
  18 Mart 2014    Oxunub:925
Sumqayıt “ASAN xidmət” mərkəzi ətraf rayonların sakinlərinə də xidmət göstərəcək.

AzVision.az xəbər verir ki, martın 25-dən başlayaraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sumqayıt “ASAN xidmət” mərkəzinə Şamaxı, Qobustan, Quba, Qusar və Xaçmazın ümumi sayı 550000-dən çox olan sakini də müraciət edə biləcək.

Qeyd edək ki, 2013-cü ilin mayından etibarən vətəndaşlara xidmət göstərən və 260000-dən çox müraciəti qəbul etmiş Sumqayıt “ASAN xidmət” mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərinə xidmət göstərir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumatı 108 Çağrı mərkəzinə zəng etməklə və ya www.asan.gov.az internet səhifəsindən əldə etmək olar.


Teqlər:





Xəbər lenti