Ceyhun Bayramov: "İnanırıq ki, Ermənistan böhrandan düzgün nəticə çıxaracaq"

  21 İyun 2021    Oxunub :563
  Ceyhun Bayramov:    "İnanırıq ki, Ermənistan böhrandan düzgün nəticə çıxaracaq"
Dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib, yeni hökumət formalaşması gözlənilir. İnanırıq ki, Ermənistan hakimiyyəti böhranın səbəbini təhlil edərək düzgün nəticə çıxaracaq.
Azvision.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bir çoxları Ermənistanda böhranın səbəbi kimi müharibədəki məğlubiyyəti göstərirlər:

“Ermənistandakı dərin böhranın səbəbi onilliklər ərzində beynəlxalq hüququ pozaraq dövlətlərin beynəlxalq tanınmış sərhədlərini güc yolu dəyişdirməsi, təcavüz siyasətinin həyata keçirilməsi olub. Nə qədər tez region ölkələrinin normal inkişafı üçün beynəlxalq hüququn norma və prinsipinə əsaslanan münasibətlərin alternativi olmadığı qəbul edilərsə, bütün region ölkələri üçün bir o qədər yaxşı nəticə ola bilər”.

C.Bayramov vurğulayıb ki, Azərbaycanın bu sahədə mövqeyi məlumdur: “Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq sərhədlərin, ərazi bütövlüyünün pozulmaması əsasında münasibətlərin bərpasının tərəfdardır. Ermənistanın bu sahədəki qərarı öz seçimidir. Biz isə bunun alternativinin mövcud olmadığını düşünürük”.

Azvision.az

Teqlər: CeyhunBayramov   XİN  






Xəbər lenti