Şəmkirdə sərxoş sürücülər cərimələnib

Şəmkirdə sərxoş sürücülər cərimələnib
  20 İyun 2021    Oxunub:992
Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Şəmkir RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az - a verilən məlumata görə, yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Araşdırmalar zamanı 4 sürücünün sükan arxasına alkoqollu içki qəbul etmiş vəziyyətdə əyləşməsi aşkar edilib ki, dərhal onlar idarə etmədən kənarlaşdırılb və barələrində qanuna müvafiq tədbir görülüb.

Azvision.az



Teqlər: Şəmkir  





Xəbər lenti