Bakıda qadın meyiti tapılıb

Bakıda qadın meyiti tapılıb
  20 İyun 2021    Oxunub:923
Bakıda mənzildə qadın meyiti aşkarlanıb.
Bu barədə Azvision.az - a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Adıgözəlova Lalə Xosrov qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az







Teqlər:





Xəbər lenti