Tənhalıq xərçəngə səbəb olur

Tənhalıq xərçəngə səbəb olur
  12 Mart 2014    Oxunub:1307
Qərbdə aparılan elmi araşdırmalar nəticəsində tənhalığın xərçəng xəstəliyinin orqanizmdə daha sürətlə yayılmasına səbəb olduğu müəyyənləşib.
Çikaqo Universitetindən Marta MakKlitokun rəhbərliyi altında boz siçanlar üzərində eksperimentlər aparılıb. İstər sosial həyat tərzi, istərsə də molekulyar quruluşu baxımından insana yaxın olduğu üçün boz siçanlar təcrübə obyekti seçiliblər.

Genetik baxımdan xərçəngin inkişafına meylli olan boz siçanlar alimlər tərəfindən müxtəlif qruplara bölünüblər. Bəzi dişi siçanlar ətrafdan təcrid edilərək ayrıca məskunlaşdırılıblar. Ayrı yaşayan siçanların müşahidə olunması nəticəsində müəyyən olunub ki, onlarda süd vəzilərində bədxassəli şilərin əmələ gəlməsi ehtimalı qruplarda yaşayan siçanlardan 84 dəfə çox olub.

Tənha həyat heyvanların orqanizmində bır sıra hormonların ifrazını pozur, heyvaların özlərində isə xroniki narahatlıq və həyəcan müşahidə olunmağa başlayır. Alimlərin fikrincə, tənhalığın doğurduğu xroniki stress xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olur.

Bundan başqa təcrübələr zamanı aydın olub ki, xroniki stressi sosial təcriddə doğura bilər. Alimlərin sözlərinə görə, bu nəticələr təcrid olunmanın insan sağlamlığına da mənfi təsir göstərdiyini göstərib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti