Ağstafada şəhid ailələri və qazilərə tibbi yardım təşkil olundu

Ağstafada şəhid ailələri və qazilərə tibbi yardım təşkil olundu
  19 İyun 2021    Oxunub:960
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və “EGIS Pharmaceuticals PLC” şirkətinin dəstəyi ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz üçün növbəti tibbi yardım aksiyası Ağstafada təşkil olunub.
Ombudsman Aparatının mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Ağstafa Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində pulsuz tibbi xidmətlərin göstərilməsində kardioloq, nevropatoloq, endokrinoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislər iştirak ediblər. Həkim və mütəxəssislər tərəfindən Vətən müharibəsində müxtəlif növ travmalar almış, doğmalarını itirmiş şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilib.

Qeyd edək ki, layihə çərçivəsində bundan əvvəlki tibbi yardım aksiyası Tərtərdə təşkil edilib.

Azvision.az


Teqlər: Ombudsman  





Xəbər lenti