Pakistanlı komandan Azərbaycana səfər edəcək

  19 İyun 2021    Oxunub :723
   Pakistanlı komandan Azərbaycana səfər edəcək
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 20-də Azərbaycana rəsmi səfər edəcək.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, hərbi əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.

Azvision.az

Teqlər: Pakistan  






Xəbər lenti