Sabah doktoranturaya qəbul imtahanı keçiriləcək

Sabah doktoranturaya qəbul imtahanı keçiriləcək
  19 İyun 2021    Oxunub:1093
İyunun 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək.
DİM-dən Azvision.az -a verilən məlumata görə, xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarında 1272 namizəd (iddiaçı) iştirak edəcək. 1213 namizəd ingilis dili üzrə, 33 namizəd fransız dili üzrə, 26 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. DİM-ə müvafiq sertifikatını təqdim etmiş 20 namizəd isə xarici dil imtahanından azad olunub.

Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahanlar saat 11:00-da başlanır. İmtahanın müddəti 2 saat 30 dəqiqədir. İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isə yazılı tapşırığın yerinә yetirilmәsinә (xarici dil üzrə doktoranturaya qəbul imtahanında esse yazılmasına, xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə vizual mәlumatın yazılı təsviri üçün) ayrılır.

Azvision.az


Teqlər: Doktorantura  





Xəbər lenti